Vladimir Bazanov: "Belarusda vəziyyət kritik deyil, çempionat davam edir"

Vladimir Bazanov: "Belarusda vəziyyət kritik deyil, çempionat davam edir" Belarus Futbol Federasiyasının sədri Vladimir Bazanov çempionatın koronavirus pandemiyası kontekstində davam etdirilməsi barədə qərarı şərh edib.
Futbol
1 Aprel , 2020 10:09
Vladimir Bazanov: Belarusda vəziyyət kritik deyil, çempionat davam edir

Belarus Futbol Federasiyasının sədri Vladimir Bazanov çempionatın koronavirus pandemiyası kontekstində davam etdirilməsi barədə qərarı şərh edib.

“Report” “Pressbol” nəşrinə istinadən xəbər verir ki, Bazanov stadionlarda infeksiyaya qarşı mübarizə tədbirləri barədə də danışıb.

O, vəziyyətin kritik olmadığını deyib: “Buna görə də çempionatı davam etdiririk. İkinci turda 500 litr antiseptik aldılar və stadionlara apardılar”.

Federasiya rəhbəri bildirib ki, hər şeyi insanlar özləri başa düşməlidir: “Əllərini yumalı, tez-tez antiseptik istifadə etməli və asqırmamalıdırlar. Heç kim bizə təzyiq etmir, nə UEFA, nə də FIFA. Qərarı veririk və bütün çempionatı oynayacağımızı demirik. Hər hansı bir kritik vəziyyət yaranarsa, çempionatı dayandıracağıq”. 

Qeyd edək ki, hazırda Avropada Belarusdan başqa bütün ölkələrdə liqalar koronavirusa görə dayandırılıb.

Son xəbərlər

Orphus sistemi