Belarusda daha 2 futbolçu koronavirusa yoluxdu

Belarusda daha 2 futbolçu koronavirusa yoluxdu Belarusun Torpedo-BelAz klubunun 2 futbolçusunda koronavirus aşkarlanıb.
Futbol
116
21 May , 2020 17:45
Belarusda daha 2 futbolçu koronavirusa yoluxdu

Belarusun "Torpedo-BelAz" klubunun 2 futbolçusunda koronavirus aşkarlanıb.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, qapıçı Vladimir Buşma və yarımmüdafiəçi Mixail Afanasyevdən götürülən testlərin nəticəsi müsbət çıxıb.

Onlarla yanaşı, elita təmsilçisinin daha 2 üzvü - Maksim BordaçyovAndrey Xaçaturyanın da virusa yoluxduğu ehtimal olunur.

Sözügedən futbolçular bu gün X turun "Neman"la matçında iştirak etməyəcəklər.

Qeyd edək ki, daha əvvəl yüksək və I liqa klublarının bəzi oyunçularında da koronavirus infeksiyası aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi