Belarus yığmasının futbolçusu Millətlər Liqasında oynamaqdan imtina edib

Belarus yığmasının futbolçusu Millətlər Liqasında oynamaqdan imtina edib Rusiyanın "Rubin" klubunda çıxış edən Belarus yığmasının futbolçusu Vitali Lisakoviç UEFA Millətlər Liqasının matçlarında oynamaq istəməyib.
Futbol
24 May , 2022 11:54
Belarus yığmasının futbolçusu Millətlər Liqasında oynamaqdan imtina edib
Vitali Lisakoviç

Rusiyanın "Rubin" klubunda çıxış edən Belarus yığmasının futbolçusu Vitali Lisakoviç UEFA Millətlər Liqasının matçlarında oynamaq istəməyib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 24 yaşlı hücumçu milli komandadan gələn zənglərə və mesajlara məhəl qoymayıb.

Forvardın hansı səbəbdən bu addımı atdığı hələlik bəlli deyil.

Qeyd edək ki, Belarus seçməsi ilk matçını iyunun 3-də Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda Slovakiyaya qarşı keçirəcək. 3 gün sonra həmin arenada Azərbaycan millisini qəbul edəcək kollektiv iyunun 10-da Qazaxıstanla qarşılaşacaq. Komanda iyunun 13-də isə Bakıda yenidən Canni De Byazinin baş məşqçi olduğu yığma ilə üz-üzə gələcək.

UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub.

Son xəbərlər

Orphus sistemi