Belarus millisi Azərbaycanla oyuna yeni formalarla çıxacaq

Belarus millisi Azərbaycanla oyuna yeni formalarla çıxacaq Futbol üzrə Belarus yığması UEFA Millətlər Liqasının oyunlarına yeni formalarla çıxacaq.
Futbol
24 May , 2022 15:24
Belarus millisi Azərbaycanla oyuna yeni formalarla çıxacaq

Futbol üzrə Belarus yığması UEFA Millətlər Liqasının oyunlarına yeni formalarla çıxacaq.

"Report" xəbər verir ki, yerli federasiya rəsmi tviter səhifəsində komandanın 2022 - 2026-cı illərdə istifadə edəcəyi geyim dəstlərini təqdim edib.

Qırmızı rəngli ev formasının ön tərəfində geniş şaquli zolaq var, onun içərisində Belarusa xas yaşıl ornament təsvir olunub. Arxa hissədə isə ölkənin adı yazılıb. Səfər forması əsasən yaşıl rəngdədir.

Qeyd edək ki, Belarus seçməsi ilk matçını iyunun 3-də Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda Slovakiyaya qarşı keçirəcək. 3 gün sonra həmin arenada Azərbaycan millisini qəbul edəcək kollektiv iyunun 10-da Qazaxıstanla qarşılaşacaq. Komanda iyunun 13-də isə Bakıda yenidən Canni De Byazinin baş məşqçi olduğu yığma ilə üz-üzə gələcək.

UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub.

Son xəbərlər

Orphus sistemi