Futbol üzrə Belarus Kubokunda daha bir finalçı müəyyənləşib.
"Report"un məlumatına görə, bu, BATE komandasıdır.
Borisov təmsilçisi yarımfinalda Mozır "Slaviya"sını yenib - 2:0. BATE ilk matçda 0:1 hesabı ilə uduzmasına rəğmən, iki oyunun nəticəsində həlledici qarşılaşmada iştirak hüququna yiyələnib.
Finalda rəqib Brest "Dinamo"su olacaq. "Dinamo" yarımfinalda Soliqorsk "Şaxtyor"unu səfər qolları ilə üstələyib - 2:0, 2:4.
*** 21:00
Fubol üzrə Belarus kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
"Report"un məlumatına görə, günün ilk qarşılaşmasında "Şaxtyor" (Soliqarsk) doğma meydanda "Dinamo"nu (Brest) qəbul edib.

Brest təmsilçisi səfərdə 2:4 hesablı məğlubiyyətə baxmayaraq, evdəki ilk matçda qazanılan qələbə (2:0) sayəsində adını finala yazdırıb.
İkinci finalçı BATE - "Slaviya" oyunundan sonra müəyyənləşəcək. İlk matçda Borisov təmsilçisi minimal hesabla uduzub - 0:1.
Qeyd edək ki, Belarus hazırda koronavirus pandemiyasına baxmayaraq, Avropada çempionatı davam edən yeganə ölkədir.