Belarus Hakimlər Komitəsinin sabiq sədri 5 il müddətinə azadlıqdan məhrum edilib

Belarus Hakimlər Komitəsinin sabiq sədri 5 il müddətinə azadlıqdan məhrum edilib Araşdırmalar nəticəsində onun dəfələrlə rüşvət alması faktları üzə çıxıb
Futbol
5 Yanvar , 2017 14:12
Belarus Hakimlər Komitəsinin sabiq sədri 5 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 5 yanvar. REPORT.AZ/ Belarus Futbol Federasiyasının Hakimlər Departamentinin keçmiş rəhbəri Andrey Jukova həbs olunub. 

"Report"un məlumatına görə, Minsk Mərkəzi Məhkəməsi korrupsiyada ittiham olunan sabiq sədri 5 il müddətinə azadlıqdan məhrum edib.

A.Jukov əmlakı müsadirə olunmaqla, cəzasını ciddi rejimli koloniyada çəkəcək. O, 2014-cü ilin oktyabrından 2016-cı ilin iyununadək yüksək və I Liqa oyunlarına hakim təyinatı məsələlərini rüşvətlə həll edib. Araşdırmalar nəticəsində onun dəfələrlə rüşvət alması faktları üzə çıxıb. "Ənam"ın məbləği isə hər dəfə 100 - 200 dollar təşkil edib.

Qeyd edək ki, Andrey Jukov futbol fəaliyyətindən ömürlük məhrum olunub.  

Son xəbərlər

Orphus sistemi