Belarus çempionatının qalibi bəlli olub

Belarus çempionatının qalibi bəlli olub Futbol üzrə Belarus Premyer Liqasında cari mövsümün qalibi müəyyənləşib.
Futbol
28 Oktyabr , 2021 00:10
Belarus çempionatının qalibi bəlli olub

Futbol üzrə Belarus Premyer Liqasında cari mövsümün qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, "Şaxtyor" (Soliqorsk) komandası sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib. Soliqorsk təmsilçisi buna XV turdan təxirə salınmış oyunda "Qomel"ə 3:2 hesabı ilə qalib gəlməklə nail olub.

Bu nəticədən sonra xallarını 68-ə çatdıran kollektiv ən yaxın izləyicisi BATE-ni 10 xal qabaqlayır.

Qeyd edək ki, bu, "Şaxtyor"un ardıcıl 2-ci, ümumilikdə isə 3-cü çempionluğudur.

Son xəbərlər

Orphus sistemi