Belarus çempionatında daha 2 oyun koronavirusa görə təxirə salındı

Belarus çempionatında daha 2 oyun koronavirusa görə təxirə salındı Futbol üzrə Belarus çempionatının IX turunun Minsk - Neman oyunu təxirə salınıb.
Futbol
202
11 May , 2020 19:35
Belarus çempionatında daha 2 oyun koronavirusa görə təxirə salındı

Futbol üzrə Belarus çempionatının IX turunun "Minsk" - "Neman" oyunu təxirə salınıb.

"Report"un yerli federasiyanın rəsmi saytına istinadən məlumatına görə, qərar paytaxt təmsilçisinin oyunçularının koronavirusa yoluxma şübhəsi səbəbindən qəbul olunub.

Futbolçulardan birində virusun simptomlarının olduğu bildirilib. Qarşılaşma mayın 15-də keçirilməli idi.

Həmçinin mayın 16-na nəzərdə tutulan I liqanın V turunun "Arsenal" (Dzerjinsk) - "Lokomotiv" (Qomel) görüşü də eyni səbəbdən keçirilməyəcək. 

Daha əvvəl aşağı dəstənin IV turunda "Qomel" - "Arsenal" görüşü koronavirusa görə təxirə salınıb.

Qeyd edək ki, pandemiyaya baxmayaraq, Belarus hazırda çempionatı davam edən yeganə Avropa ölkəsidir.

Orphus sistemi