Bekhemin klubu oyun formasını okeanın dibində təqdim etdi - VİDEO

Bekhemin klubu oyun formasını okeanın dibində təqdim etdi - VİDEO İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhemə məxsus ABŞ-ın "İnter Mayami" klubu yeni formasını okeanın dibində təqdim edib
Futbol
302
21 May , 2021 14:10
Bekhemin klubu oyun formasını okeanın dibində təqdim etdi - VİDEO

İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhemə məxsus ABŞ-ın "İnter Mayami" klubu yeni formasını okeanın dibində təqdim edib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, yeni geyimlər ətraf mühitin, o cümlədən, okeanların çirkləndirilməsi probleminə həsr olunub. Formanın 50 faizi yenidən işlənilmiş plastik maddələrdən ibarətdir. Dəstlər çiyinlərində narıncı zolarları olan parlaq mavi rəngdədir.

Qeyd edək ki, "İnter Mayami" yeni forma ilə ilk dəfə mayın 30-da "Di-Si Yunayted"ə qarşı oynayacaq. Geyim dəstini model Koral Tomaşik təqdim edib. Tomaşik bundan ötrü okeanın 30 metr dərinliyinə baş vurub.

Son xəbərlər

Orphus sistemi