Bəhlul Mustafazadə: "Qəbələ"də heyətə düşə bilməməyim məni qəzəbləndirir"

Bəhlul Mustafazadə: "Qəbələ"də heyətə düşə bilməməyim məni qəzəbləndirir" Bakı. 12 oktyabr. REPORT.AZ/ Komandamız oyuna yaxşı hazırlaşıb. Əsas məqsədimiz ötən oyunda etdiyimiz səhvləri təkrarlamamaqdır. Əvvəlki matçda yaxşı oyun sərgilədik, amma müəyyən səhvlər oldu. Bu səhvlər məğlub olmağımıza gətirib çıxartdı. İnanıram ki, səhv etməsək, daha yaxşı nəticələr qazana bilərik.
Futbol
12 Oktyabr , 2018 18:21
Bəhlul Mustafazadə: Qəbələdə heyətə düşə bilməməyim məni qəzəbləndirir

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Komandamız oyuna yaxşı hazırlaşıb. Əsas məqsədimiz ötən oyunda etdiyimiz səhvləri təkrarlamamaqdır. Əvvəlki matçda yaxşı oyun sərgilədik, amma müəyyən səhvlər oldu. Bu səhvlər məğlub olmağımıza gətirib çıxartdı. İnanıram ki, səhv etməsək, daha yaxşı nəticələr qazana bilərik.

"Report" xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçusu Bəhlul Mustafazadə Avropa çempionatının seçmə mərhələsində qarşılaşacaqları Norveçlə oyun barədə danışarkən deyib.

U-21-də son oyununa çıxacaq olan müdafiəçi hər bir futbolçunun məqsədinin əsas milli komandaya yüksəlmək olduğunu deyib: "Bu bizim üçün daha böyük addım olar. Hədəfim əsas yığmada oynamaqdır. Ən qısa zamanda özümü həmin komandada görmək istəyirəm".

"Qəbələ"nin oyunçusu son iki matçda heyətə düşməməsi barədə də danışıb: "Baş məşqçimizlə oynamamağımla bağlı söhbətim olmayıb. Həvəsdən də düşmürəm. Bu, məni daha çox motivasiya edir. Bir az da qəzəbləndirir. Ona görə də özümü sübut etməyə və gələcək qarşılaşmalarda oynamağa çalışacağam".

Yığmanın digər üzvü Fəhmin Muradbəyli də seçmə mərhələnin sonuncu oyununa çox ciddi hazırlaşdıqlarını vurğulayıb: "Səfərdən yaxşı nəticə ilə qayıdacağımıza ümid edirəm. Norveçdə süni örtüklü meydançada oynayacağıq deyə, burada da eyni qazonda məşq edirik. Bir az yükləmələr oldu. İndi bir az tempi salmışıq, matça köklənirik. Daha çox taktiki məşqlərə üstünlük vermişik. Komandada ab-hava əladır. Uşaqlar yalnız oyun barədə fikirləşir".

22 yaşlı yarımmüdafiəçi son matçda 3 xal qazanmaq istədiklərini deyib: "Rəqibi də yaxşı analiz etmişik. Baş məşqçimiz qələbə qazanacağımza çox inanır. Burada da hesab oyuna görə deyildi. Adi səhvlərdən qollar buraxdıq. Məğlubiyyətə rəğmən, ruhdan düşmədik. Bu matçda əvvəlki səhvlər olamayacaq. Norveçə qələbə üçün gedirik. "Səbail"in heyətində çempionatda da yaxşı çıxış etməyə çalışıram. Əsas məqsədim əsas yığmaya düşmək və orada möhkəmlənməkdir".

Qeyd edək ki, oktyabrın 16-da keçiriləcək Norveç - Azərbaycan matçı Bakı vaxtı ilə 20:15-də başlayacaq. 

Son xəbərlər

Orphus sistemi