"Bazel" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

"Bazel" - "Qarabağ" oyununun hakimləri açıqlanıb İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyunu üçün hakim təyinatları açıqlanıb
Futbol
2328
7 Dekabr , 2021 13:03
Bazel - Qarabağ oyununun hakimləri açıqlanıb
Fran Yoviç

İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyunu üçün hakim təyinatları açıqlanıb.

"Report"un məlumatına görə, qarşılaşma Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.

Referi Fran Yoviçə Hrvoye Radiç və Luka Puşiç yan xətt hakimləri qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Ivana Martinçiç yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 9-da "Sent Yakob Park"da keçiriləcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Son xəbərlər

Orphus sistemi