"Bazel"in sahibi "Qarabağ"la oyundan sonra futbolçuları tənbeh edib

"Bazel"in sahibi "Qarabağ"la oyundan sonra futbolçuları tənbeh edib İsveçrə "Bazel"inin prezidenti David Degen Bakıda "Qarabağ"a qarşı keçirdikləri oyunda komandasının çıxışından narazı qalıb.
Futbol
271
22 Sentyabr , 2021 13:34
Bazelin sahibi Qarabağla oyundan sonra futbolçuları tənbeh edib
David Degen

İsveçrə "Bazel"inin sahibi David Degen Bakıda "Qarabağ"a qarşı keçirdikləri UEFA Konfrans Liqasının oyununda komandasının çıxışından narazı qalıb.

"Report" "Blick-Infos"a istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis matçdan sonra futbolçuları bir araya toplayaraq, onlarla ciddi söhbət edib.

Keçmiş yarımmüdafiəçinin iclas vaxtı çox əsəbi olduğu və oyunçularla yüksək tonda danışdığı bildirilib. Komanda üzvlərinə "Bazel"i təmsil etdiklərini xatırladan Degen onlara bundan sonra daha məsuliyyətli olmağı tapşırıb.

"Bazel"inin baş məşqçisi Patrik Rahmen isə bildirib ki, oyunlarda mümkün olan ən yaxşı nəticəni əldə etmək istəsələr də, son vaxtlarda qeydə alınan 3 heç-heçəyə görə təzyiq hiss etmirlər: "Yeni mövsümdə heç bir görüşdə uduzmamışıq. Yerli çempionatda ən yaxşı top fərqinə malik komandayıq. Amma bir şey aydındır ki, inkişaf etməli və sürəti artırmalıyıq. Özümüzdən gözlədiyimiz də məhz budur. Meydanda mövsümün əvvəlində göstərdiyimiz oyunu sərgiləmək istəyirik".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılmış "Qarabağ" - "Bazel" qarşılaşması qolsuz heç-heçə ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi