"Bazel"in hücumçusu "Fiorentina"ya keçib

"Bazel"in hücumçusu "Fiorentina"ya keçib İtaliya "Fiorentina"sı İsveçrənin "Bazel" komandasının futbolçusu Artur Kabralı heyətinə qatıb.
Futbol
29 Yanvar , 2022 14:37
Bazelin hücumçusu Fiorentinaya keçib

İtaliya "Fiorentina"sı İsveçrənin "Bazel" komandasının futbolçusu Artur Kabralı heyətinə qatıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ilə müqavilə imzalanıb. Sözləşmənin detalları açıqlanmayıb. Braziliyalı forvard yeni komandasında 9 nömrəli formanı geyinəcək.

İddiaya görə, Florensiya təmsilçisi bu keçid üçün qarşı tərəfə 16 milyon avro təzminat ödəyib. "Sambaçı" "Yuventus"a keçən Duşan Vlahoviçin əvəzinə transfer edilib.

Qeyd edək ki, Artur Kabral cari mövsüm "Bazel"in heyətində 31 oyuna çıxıb, 27 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. İsveçrə təmsilçisi UEFA Konfrans Liqasının H qrupunda "Qarabağ"ın rəqibi olub. Kabral İsveçrədə "köhlən atlar"a 3:0 hesabı ilə qalib gəldikləri VI tur görüşündə dubl edib.

Son xəbərlər

Orphus sistemi