"Bazel"in baş məşqçisi: "Qarabağ"la oyunda xüsusi taktika olmayacaq"

"Bazel"in baş məşqçisi: "Qarabağ"la oyunda xüsusi taktika olmayacaq" "Heç bir xüsusi taktika olmayacaq. Biz meydanda öz oyunumuzu göstərmək istəyirik. Final fitindən sonra bütün suallara aydınlıq gələcək".
Futbol
8 Dekabr , 2021 21:08
Bazelin baş məşqçisi: Qarabağla oyunda xüsusi taktika olmayacaq

"Hələ ilk oyundan sonra göründü ki, rəqib bizimlə eyni səviyyədədir. Digər qrup matçlarında olduğu kimi bu dəfə də qələbəyə köklənməliyik".

"Report"un məlumatına görə, bu fikirləri İsveçrə "Bazel"inin baş məşqçisi Patrik Rahmen evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan öncə mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis bu görüşü qrup birinciliyi uğrunda final qarşılaşması adlandırıb: "Heç bir xüsusi taktika olmayacaq. Biz meydanda öz oyunumuzu göstərmək istəyirik. Final fitindən sonra bütün suallara aydınlıq gələcək".

Rahmen "Qarabağ"ın taktiki cəhətdən yaxşı komanda olduğunu bildirib: "Rəqib sürətli oynamağı sevən, meydanın hər qarışı uğrunda mübarizə aparan və gücünü balanslı şəkildə istifadə etməyi bacaran kollektivdir".

Baş məşqçi "Qarabağ"la oyunda yalnız sol cinah müdafiəçisi Andrea Padulanın zədə səbəbindən meydana çıxmayacağını vurğulayıb.

Qeyd edək ki, dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Son xəbərlər

Orphus sistemi