"Bazel"in baş məşqçisi: "Kayrat" hər iki oyunda "Qarabağ"ı uda bilərdi"

"Bazel"in baş məşqçisi: "Kayrat" hər iki oyunda "Qarabağ"ı uda bilərdi" "Konfrans Liqasında mümkün qədər uzağa getmək istəyirik. "Kayrat" topladığı xalların sayına baxmayaraq, göründüyündən qat-qat güclü komandadır".
Futbol
25 Noyabr , 2021 01:06
Bazelin baş məşqçisi: Kayrat hər iki oyunda Qarabağı uda bilərdi

"Konfrans Liqasında mümkün qədər uzağa getmək istəyirik. "Kayrat" topladığı xalların sayına baxmayaraq, göründüyündən qat-qat güclü komandadır".

"Report"un məlumatına görə, bu fikirləri İsveçrə "Bazel"inin baş məşqçisi Patrik Rahmen Qazaxıstanda "Kayrat"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis bildirib ki, Almatı təmsilçisinin "Qarabağ"a 1:2 hesabı ilə uduzduğu hər iki qrup matçını təhlil edib: "Bu qarşılaşmalarda "Kayrat" rəqibini tam olaraq məğlub edə bilərdi".

Qeyd edək ki, bu gün oynanılacaq "Kayrat" - "Bazel" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi