Almaniyanın “Bayer” (Leverkuzen) komandasının kapitanı qapıçı Lukaş Qradetski olacaq.
Bu barədə “Report” klubun rəsmi saytına istinadən xəbər verir.
“2021/2022 mövsümünə yeni kapitanla başlayırıq. Çempionatın başlamasından bir həftə əvvəl baş məşqçi Herardo Seoane Lukaş Qradetskini kapitan təyin edib. Finlandiyalı qapıçı bu vəzifədə Çarlz Aranqisi əvəz edəcək”-deyə, məlumatda qeyd olunub.
31 yaşlı Lukaş 2018-ci ildən “Bayer”in qapısını qoruyur.