"Bavariya" yeni transferini açıqlayıb

"Bavariya" yeni transferini açıqlayıb Almaniyanın "Bavariya" klubu Niderland "Ayaks"ında çıxış edən Nussair Mazrauini heyətinə qatıb.
Futbol
24 may 2022 10:39
Bavariya yeni transferini açıqlayıb

Almaniyanın "Bavariya" klubu Niderland "Ayaks"ından ayrılan Nussair Mazrauini heyətinə qatıb.

"Report" Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi ilə 2026-cı ilədək müqavilə imzalanıb.

Mərakeşli oyunçu ölkə çempionuna azad agent kimi keçib.

Qeyd edək ki, "Ayaks"ın yetirməsi olan Mazraui 2018-ci ildən əsas komandanın formasını geyinib.

Son xəbərlər

Orphus sistemi