"Bavariya" yeni baş məşqçisini açıqladı - RƏSMİ

"Bavariya" yeni baş məşqçisini açıqladı - RƏSMİ Bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb
Futbol
27 Aprel , 2021 12:48
Bavariya yeni baş məşqçisini açıqladı - RƏSMİ
Yulian Nagelsman

Yulian Nagelsman Almaniyanın "Bavariya" futbol komandasına yeni baş məşqçi təyin olunub.

"Report" xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Hazırda "Leyptsiq"ə rəhbərlik edən 34 yaşlı mütəxəssis mövsümün sonunda yeni komandasında işə başlayacaq. Onun sözləşməsinin müddəti 2026-cı ilədək nəzərdə tutulub.

Ölkə çempionu Hans-Diter Flikin 2023-cü ildə başa çatmalı olan sözləşməsini isə qarşılıqlı razılıq əsasında ləğv edib. Flikin Almaniya yığmasının sükanı arxasına keçəcəyi gözlənilir.

Qeyd edək ki, Yulian Nagelsman 2019-cu ildən "Leyptsiq"in baş məşqçisidir.

Son xəbərlər

Orphus sistemi