“Bavariya” səhv diaqnoza görə komandanın həkimini işindən azad edib

“Bavariya” səhv diaqnoza görə komandanın həkimini işindən azad edib Folker Braun Jerom Boatenq və David Alabaya yanlış diaqnoz qoyub
Futbol
9 Noyabr , 2017 16:20
“Bavariya” səhv diaqnoza görə komandanın həkimini işindən azad edib

Bakı. 9 noyabr. REPORT.AZ/ Almaniya təmsilçisi “Bavariya” komandanın həkimi Folker Braunu işindən azad edib.

“Report” “Bild”ə istinadən xəbər verir ki, Münhen klubunun idman direktoru Hasan Salihamiciç müdafiəçilər - Jerom Boatenq və David Alabaya səhv diaqnoz qoyduğu üçün həkimi vəzifəsindən kənarlaşıdırıb.

Hər iki futbolçu Bundesliqanın sonuncu turunda Dortmund “Borussiya”sı üzərində 3:1 hesablı qələbədən sonra əzələ ağrılarında şikayət ediblər. Belədə, H. Salihamiciç “Bavariya”nın sabiq həkimi Vilhelm Müller-Volfarta müraciət edib. Onun diaqnozu isə F.Braunun təyin etdiyindən fərqlənib.

Qeyd edək ki, “Bavariya” rəsmi olaraq F.Braunun öz istəyi ilə komandadan ayrıldığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi