"Bavariya" Noyerlə müqavilə müddətini artırdığını açıqlayıb

"Bavariya" Noyerlə müqavilə müddətini artırdığını açıqlayıb Almaniya təmsilçisi "Bavariya"nın qapıçısı Manuel Noyer klubla müqavilə müddətini artırıb.
Futbol
3 Fevral , 2025 20:22
Bavariya Noyerlə müqavilə müddətini artırdığını açıqlayıb

Almaniya təmsilçisi "Bavariya"nın qapıçısı Manuel Noyer klubla müqavilə müddətini artırıb.

"Report" xəbər verir ki, bu barədə münhenlilərin mətbuat xidməti məlumat yayıb.

38 yaşlı qolkiperin yeni sözləşməsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Onun müqaviləsinin müddəti 2025-ci ilin iyununda başa çatacaqdı.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən "Bavariya"da çıxış edir. O, komanda ilə birlikdə 11 dəfə Almaniya çempionatının, 5 dəfə ölkə kubokunun və 2 dəfə Çempionlar Liqasının qalibi olub.

Son xəbərlər

Orphus sistemi