"Bavariya"nın sabiq prezidentinin qohumu Bundesliqada baş məşqçi oldu

"Bavariya"nın sabiq prezidentinin qohumu Bundesliqada baş məşqçi oldu Almaniyanın "Hoffenhaym" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbol
27 İyul , 2020 13:34
Bavariyanın sabiq prezidentinin qohumu Bundesliqada baş məşqçi oldu
Sebastyan Höness

Almaniyanın "Hoffenhaym" klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Report" Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda bunadək "Bavariya 2"yə başçılıq etmiş Sebastyan Hönessə tapşırılıb.

Münhen klubunun sabiq prezidenti Üli Hönessin qardaşı oğlu ilə 2023-cü ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, 38 yaşlı mütəxəssis 2019-cu ilin yayından "Bavariya 2"yə rəhbərlik edirdi. 

Son xəbərlər

Orphus sistemi