"Bavariya"nın oyunçusu Frank Riberi yoxlama oyununda 11 dəqiqə ərzində 3 qol vurub

"Bavariya"nın oyunçusu Frank Riberi yoxlama oyununda 11 dəqiqə ərzində 3 qol vurub Bakı. 10 yanvar. REPORT.AZ/ Almaniyanın Bavariya futbol komandası Alyans Arenada üçüncü divizion komandası Zonnenhof Qrossaşpaxı yoxlama oyununda qəbul edib.
Futbol
595
10 Yanvar , 2018 03:44
Bavariyanın oyunçusu Frank Riberi yoxlama oyununda 11 dəqiqə ərzində 3 qol vurub

Bakı. 10 yanvar. REPORT.AZ/ Almaniyanın "Bavariya" futbol komandası "Alyans Arena"da üçüncü divizion komandası "Zonnenhof Qrossaşpax"ı yoxlama oyununda qəbul edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Yupp Xaynkesin komandası rəqibinə 5:3 hesabı ilə qalib gəlib.

"Bavariya"nın heyətində 34 yaşlı fransız Frank Riberi het-trik müəllifi olub. Belə ki, o, 11 dəqiqə ərzində 3 qol vurub.

"Bavariya" yanvarın 12-də Almaniya çempionatı çərçivəsində "Bayer"lə görüşəcək.

Son xəbərlər

Orphus sistemi