"Bavariya"nın məşqində futbolçular arasında dava düşüb

"Bavariya"nın məşqində futbolçular arasında dava düşüb İki oyunçu bir-biri ilə dalaşıb
Futbol
20 yanvar 2018 10:15
Bavariyanın məşqində futbolçular arasında dava düşüb

Bakı. 20 yanvar. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubunun futbolçuları Sebastyan Rudi ilə Xames Rodriges arasında dava baş verib.

"Report"un "Bild"ə istinadən verdiyi məlumata görə, iki oyunçu bir-biri ilə məşqi zamanı dalaşıb.

Rudi ikitərəfli qarşılaşmanın gedişində ona qarşı sərt oynayan Rodrigesin üzərinə yeriyib. Son dərəcə əsəbi olan futbolçunu komanda yoldaşları sakitləşdirməyə çalışıb. Kolumbiyalı hücumçu ona eyni tərzdə cavab verdiyi üçün ara qarışıb. Komanda yoldaşlarının müdaxiləsindən sonra ara sakitləşib. Baş məşqçi Yupp Haynkes Rodrigesin sərt oyununun normal, futbolun isə kişi oyunu olduğunu açıqlayıb.

Qeyd edək ki, "Bavariya" Çempionlar Liqasının 1/8 final mərhələsində Türkiyənin "Beşiktaş" klubu ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi