"Bavariya"nın futbolçusu PSJ ilə oyun öncəsi koronavirusa yoluxdu

"Bavariya"nın futbolçusu PSJ ilə oyun öncəsi koronavirusa yoluxdu "Bavariya" - PSJ görüşü aprelin 7-də keçiriləcək
Futbol
6 Aprel , 2021 19:47
Bavariyanın futbolçusu PSJ ilə oyun öncəsi koronavirusa yoluxdu
0 : 00
0 : 00

Almaniya "Bavariya"sı Fransanın PSJ komandası ilə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu öncəsi daha bir futbolçusunu itirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen klubunun yarımmüdafiəçisi Serj Qnabri koronavirusa yoluxduğu üçün qarşılaşmanı buraxacaq.

Karantinə alınan 26 yaşlı oyunçunun durumunun qənaətbəxş olduğu və özünü yaxşı hiss etdiyi bildirilib.

Bundesliqa təmsilçisinin bombardiri Robert Levandovski isə zədə səbəbindən parislilərə qarşı oynaya bilməyəcək.

Qeyd edək ki, "Bavariya" - PSJ görüşü aprelin 7-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi