"Bavariya"nın futbolçusu koronavirusa yoluxdu, final oyununu buraxır

"Bavariya"nın futbolçusu koronavirusa yoluxdu, final oyununu buraxır Tomas Müllerin də koronavirus testi müsbət çıxıb
Futbol
11 Fevral , 2021 13:42
Bavariyanın futbolçusu koronavirusa yoluxdu, final oyununu buraxır
Tomas Müller

Almaniyanın "Bavariya" komandası klublararası dünya çempionatının finalında Meksika “Tiqres”i ilə matça ciddi itkilərlə çıxacaq.

"Report"un məlumatına görə, Münhen təmsilçisinin əsas futbolçularından hesab edilən Tomas Müllerin də koronavirus testi müsbət çıxıb.

32 yaşlı hücumçu kollektivdən təcrid edilib. Daha əvvəl Xavi Martines və Leon Qoretskanın test nəticəsi müsbət olduğu üçün görüşü buraxacağı dəqiqləşib.

Qeyd edək ki, bu gün keçiriləcək "Bavariya" - "Tiqres" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi