"Bavariya"nın əsas qapıçısı zədələnib

"Bavariya"nın əsas qapıçısı zədələnib Almaniya millisinin və "Bavariya" klubunun qapıçısı Manuel Noyər zədələnib.
Futbol
19 Avqust , 2021 16:03
Bavariyanın əsas qapıçısı zədələnib

Almaniya millisinin və "Bavariya" klubunun qapıçısı Manuel Noyer zədələnib.

"Report" Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı qolkiper "Borussiya" (Dortmund) klubuna qarşı Almaniya Super Kuboku uğrunda matçda ayaq biləyindən xəsarət alıb.

Təcrübəli oyunçu bugünkü məşqdə iştirak edə bilməyib. Onun bərpa müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, "Bavariya" "Borussiya"nı 3:1 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi