"Bavariya"nın baş məşqçisi istefa verə bilər

"Bavariya"nın baş məşqçisi istefa verə bilər 56 yaşlı mütəxəssis klubdakı vəziyyətdən narazıdır
Futbol
7 Aprel , 2021 19:52
Bavariyanın baş məşqçisi istefa verə bilər
Hans-Diter Flik

Almaniya "Bavariya"sının baş məşqçisi Hans-Diter Flik cari mövsümün sonunda vəzifəsindən ayrıla bilər.

"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis klubdakı vəziyyətdən narazıdır.

O, yayda komandanı tərk edə biləcəyi ilə bağlı rəhbərliyi məlumatlandırıb. İddiaya görə, almaniyalı baş məşqçinin Münhen təmsilçisinin idman direktoru Hasan Salihamidziçlə münasibətləri yaxşı deyil. Onların arasında kadr və transfer məsələlərində fikir ayrılıqları var.

Qeyd edək ki, "Bavariya" Hans-Diter Flikin rəhbərliyi altında Bundesliqa, ölkə kuboku və Superkuboku, həmçinin Çempionlar Liqası, UEFA Super Kuboku və klublararası dünya çempionatının qalibi olub.

Son xəbərlər

Orphus sistemi