"Bavariya" "Mançester Siti"nin futbolçusu ilə anlaşdı

"Bavariya" "Mançester Siti"nin futbolçusu ilə anlaşdı İngiltərənin Mançester Siti klubunun futbolçusu Leroy Sane şəhərlilərdən ayrılacaq.
Futbol
19 İyun , 2020 19:25
Bavariya Mançester Sitinin futbolçusu ilə anlaşdı

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Leroy Sane "şəhərlilər"dən ayrılacaq.

"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola yerli mətbuata açıqlamasında deyib.

İspan mütəxəssis bildirib ki, 24 yaşlı yarımmüdafiəçi Mançester təmsilçisi ilə gələn ilin yayında başa çatacaq müqavilənin müddətini uzatmaqdan imtina edib.

Artıq Almaniya millisinin üzvünün yeni klubu da bəllidir. İtaliyalı jurnalist Fabritsio Romano şəxsi "Twitter" hesabında Sanenin "Bavariya" ilə anlaşdığını yazıb. Keçidin bu yay baş tutacağı gözlənilir.

Qeyd edək ki, Leroy Sane 2016-cı ilin yayında Almaniya "Şalke"sindən "Mançester Siti"yə keçib.

Son xəbərlər

Orphus sistemi