"Bavariya" klubu Almaniya Kubokunda finala yüksəlib - VİDEO

"Bavariya" klubu Almaniya Kubokunda finala yüksəlib - VİDEO Münhen komandası yarımfinalda "Bayer"i səfərdə 6:2 hesabı ilə darmadağın edib
Futbol
18 Aprel , 2018 01:29
Bavariya klubu Almaniya Kubokunda finala yüksəlib - VİDEO

Bakı. 18 aprel. REPORT.AZ/ "Bavariya" klubu Almaniya Kubokunda finala yüksəlib.

"Report"un məlumatına görə, Münhen komandası yarımfinalda "Bayer"i səfərdə 6:2 hesabı ilə darmadağın edib.

Qalib komandadan Tomas Müller 52, 64 və 78-ci dəqiqələrdə "het-trik", Robert Levandovski 3 və 9-cu dəqiqələrdə "dubl" edib. Daha bir qolun müəllifi 61-ci dəqiqədə Tiaqo Alkantara olub. Leverkuzen klubundan isə 16-cı dəqiqədə Lars Bender, 72-ci dəqiqədə Leon Beyli fərqlənib.

Mayın 19-da keçiriləcək finalda "Bavariya" "Şalke" və "Ayntraxt" arasındakı digər yarımfinal görüşünün qalibi ilə üz-üzə gələcək.