"Bavariya" - "Hamburq" oyunu Ançelottinin məşqçilik karyerasında sayca 1000-ci olacaq

"Bavariya" - "Hamburq" oyunu Ançelottinin məşqçilik karyerasında sayca 1000-ci olacaq Görüş şənbə günü Münhenin "Alyans arena" stadionunda keçiriləcək
Futbol
25 Fevral , 2017 07:07
Bavariya - Hamburq oyunu Ançelottinin məşqçilik karyerasında sayca 1000-ci olacaq

Bakı. 25 fevral. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubunun italiyalı baş məşqçisi üçün Bundesliqanın 22-ci turunda "Hamburq"la keçiriləcək görüş məşqçilik karyerası ərzində sayca 1000-ci rəsmi matç olacaq.

"Report" xəbər verir ki, bu barədə münhenlilərin saytı məlumat yayıb.

Ançelotti "Bavariya" ilə yanaşı İtaliyanın "Recina", "Parma", "Yuventus" və "Milan", Londonun "Çelsi", Fransanın PSJ və Madridin "Real" klublarına rəhbərlik edib.

"Bavariya" – "Hamburq" görüşü fevralın 25-də Münhenin "Alyans arena" stadionunda keçiriləcək. Hazırda italiyalı mütəxəssisin klubu 21 oyundan sonra 50 xal ilə Bundesliqaya liderlik edir.

Son xəbərlər

Orphus sistemi