"Bavariya" "Frayburq"a qalib gəlib

"Bavariya" "Frayburq"a qalib gəlib Almaniya Bundesliqasının 33-cü turunun matçında Münhen Bavariyası Frayburqu qəbul edib.
Futbol
20 iyun 2020 15:34
Bavariya Frayburqa qalib gəlib

Almaniya Bundesliqasının 33-cü turunun matçında Münhen "Bavariya"sı "Frayburq"u qəbul edib.

“Report” xəbər verir ki, qarşılaşma Münhendəki "Alyans-Arena" stadionunda keçirilib və meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 15-ci dəqiqədə "Bavariya"nın müdafiəçisi Yozua Kimmix açıb. Birinci hissənin ortalarında meydan sahiblərinin hücumçusu Robert Levandovski hesabdakı üstünlüyü artırıb. Bundan yeddi dəqiqə sonra "Frayburq"un hücumçusu Lukas Xyoler hesab arasındakı fərqi azaldıb. Lakin birinci hissənin sonunda Levandovski dubl edib. 

Son xəbərlər

Orphus sistemi