"Bavariya" fransalı yarımmüdafiəçini heyətinə qatıb

"Bavariya" fransalı yarımmüdafiəçini heyətinə qatıb Almaniyanın Bavariya klubu növbəti transferini reallaşdırıb.
Futbol
135
17 Avqust , 2019 15:55
Bavariya fransalı yarımmüdafiəçini heyətinə qatıb

Almaniyanın "Bavariya" klubu növbəti transferini reallaşdırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, son ölkə çempionu Mönhenqladbax "Borussiya"sının futbolçusu Mikael Kyuizansı heyətinə qatıb. 20 yaşlı fransalı yarımmüdafiəçi ilə imzalanacaq müqavilənin detalları barədə məlumat verilməyib. 

Qeyd edək ki, Mikael Kyuizans 2017-ci ildən "Borussiya"da çıxış edib. O, Fransanın müxtəlif yaş qrupları üzrə milli komandalarının formasını geyinib. "Bavariya" daha öncə İspaniya "Barselona"sından Filippe Koutinyonu icarəyə götürdüyünü açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi