"Bavariya" əsas rəqibinə qalib gəldi

"Bavariya" əsas rəqibinə qalib gəldi Almaniya Bundesliqasında VII turun mərkəzi görüşü Dortmund "Borussiya"sı ilə "Bavariya" arasında keçirilib. "Report"un məlumatına görə, "Siqnal İduna Park"da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2.
Futbol
1283
7 Noyabr , 2020 23:52
Bavariya əsas rəqibinə qalib gəldi

Almaniya Bundesliqasında VII turun mərkəzi görüşü Dortmund "Borussiya"sı ilə "Bavariya" arasında keçirilib. "Report"un məlumatına görə, "Siqnal İduna Park"da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2.

Hesabı 45-ci dəqiqədə meydan sahiblərindən Marko Roys açıb. Lakin ilk yarının 4-cü uzatma dəqiqəsində David Alaba bərabərliyi təmin edib.

İkinci hissəyə "Bavariya" qolla başlayıb. 48-ci dəqiqədə Robert Levandovski fərqlənib. 80-ci dəqiqədə Leroy Sane fərqi artırıb. Bundan 3 dəqiqə sonra Erlinq Holann "Borussiya"nın təsəlli qolunu vurub.

Bu qələbə sayəsində "Bavariya" 18 xalla vahid liderə çevrilib. Dortmund "Borussiya"sı isə 15 xalla 2-ci yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi