"Bavariya" Dortmundda "Borussiya"ya qalib gəlib

"Bavariya" Dortmundda "Borussiya"ya qalib gəlib Almaniyanın Bundesliqasının XIV turunda Dortmund "Borussiya"sı ilə "Bavariya" komandaları üz-üzə gəlib.
Futbol
302
4 Dekabr , 2021 23:49
Bavariya Dortmundda Borussiyaya qalib gəlib

Almaniyanın Bundesliqasının XIV turunda Dortmund "Borussiya"sı ilə "Bavariya" komandaları üz-üzə gəlib.

"Report"un məlumatına görə, "Siqnal İduna Park" stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2.

Hesabı 5-ci dəqiqədə meydan sahiblərindən Yulian Brandt açıb. Bundan 4 dəqiqə sonra Robert Levandovski bərabərlik qolunu vurub. 44-cü dəqiqədə Kinqsli Koman "Bavariya"nın ikinci qoluna imza atıb. 48-ci dəqiqədə Erlinq Holann "Borussiya"nın aktivinə ikinci topu yazıb. Lakin 77-ci dəqiqədə Levandovski penaltidən yararlanaraq, yekun nəticəni müəyyənləşdirib.

Bununla da xalını 34-ə çatdıran lider "Bavariya" Dortmund "Borussiya"sını 4 xal geridə qoyub.

Son xəbərlər

Orphus sistemi