"Bavariya"dan darmadağın, Levandovski Gerd Müllerin rekordunu təkrarlayıb

"Bavariya"dan darmadağın, Levandovski Gerd Müllerin rekordunu təkrarlayıb Futbol üzrə Almaniya Bundesliqasında XVI tura start verilib.
Futbol
14 Dekabr , 2021 23:56
Bavariyadan darmadağın, Levandovski Gerd Müllerin rekordunu təkrarlayıb

Futbol üzrə Almaniya Bundesliqasında XVI tura start verilib.

"Report"un məlumatına görə, açılış matçında lider "Bavariya" "Ştutqart"ın qonağı olub. “Mercedes-Benz Arena”da keçirilən qarşılaşma Münhen təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqların heyətində qolları 40-cı, 53-cü və 74-cü dəqiqələrdə Serj Qnabri, 69-cu və 72-ci dəqiqələrdə isə Robert Levandovski vurub. Sonuncu polşalı hücumçunun 2021-ci ildə ölkə çempionatında 42-ci qolu olub. 33 yaşlı forvard bu göstərici ilə Almaniya millisinin və "Bavariya"nın sabiq futbolçusu Gerd Müllerin rekordunu (bir təqvim ilində vurulan qolların sayına görə - E.S) təkrarlayıb.

Qeyd edək ki, "Bavariya" 16 turdan sonra 40 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. 17 xalı olan "Ştutqart" isə 15-ci sırada yer alıb.

Son xəbərlər

Orphus sistemi