"Bavariya"da istefa: Rummenigge gedir, Kan gəlir

"Bavariya"da istefa: Rummenigge gedir, Kan gəlir Almaniya "Bavariya"sının İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge klubdan ayrılacaq
Futbol
1 İyun , 2021 14:13
Bavariyada istefa: Rummenigge gedir, Kan gəlir

Almaniya "Bavariya"sının İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge klubdan ayrılacaq.

"Report" Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, əfsanəvi futbolçu Müşahidə Şurasının sədri və klub prezidenti Herbert Haynerlə məsləhətləşmələrdən sonra belə bir qərar qəbul edib.

O, "Bavariya"nı iyunun 30-da tərk edəcək və yerini keçmiş qapıçı Oliver Kana verəcək.

Rummeniggenin ilkin müqaviləsi 2021-ci il dekabrın 31-dək nəzərdə tutulub.

Qeyd edək ki, Karl-Haynts Rummenigge Avropa Klublar Birliyini UEFA-da təmsil edən şəxslərdən biridir.

Son xəbərlər

Orphus sistemi