"Bavariya" Çempionlar Liqasından rekord gəlir əldə edəcək

"Bavariya" Çempionlar Liqasından rekord gəlir əldə edəcək Almaniya "Bavariya"sı bu mövsüm avrokuboklarda iştiraka görə ən yüksək gəlir əldə edən komanda olacaq.
Futbol
22 Avqust , 2020 12:00
Bavariya Çempionlar Liqasından rekord gəlir əldə edəcək

Almaniya "Bavariya"sı bu mövsüm avrokuboklarda iştiraka görə ən yüksək gəlir əldə edən komanda olacaq.

"Report" xəbər verir ki, Münhen klubunun Çempionlar Liqasından (ÇL) qazancı təqribən 120 milyon avro olacaq.

Bu isə turnir tarixində ən yaxşı maliyyə göstəricisidir. Daha əvvəl bu rekord İspaniya "Barselona"sına məxsus idi. Kataloniya təmsilçisinin 2019-cu ildəki gəliri 117,3 milyon avro olub.

Qeyd edək ki, Çempionlar Liqasında finala vəsiqə qazanan "Bavariya" həlledici oyunda Fransa çempionu PSJ ilə qarşılaşacaq. Görüş avqustun 23-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi