Çempionlar Liqasında yeni rekord

Çempionlar Liqasında yeni rekord Almaniyanın "Bavariya" klubu UEFA Çempionlar Liqasında rekord müəyyənləşdirib.
Futbol
24 Avqust , 2020 01:18
Çempionlar Liqasında yeni rekord

Almaniyanın "Bavariya" klubu UEFA Çempionlar Liqasında rekord müəyyənləşdirib. 

"Report"un məlumatına görə, Hans-Diter Flikin baş məşqçi olduğu kollektiv bu mövsüm 11 oyununun hamısını qələbə ilə başa vurub. Son olaraq, finalda Fransa PSJ-sinə 1:0 hesabı ilə qalib gələn Münhen təmsilçisi 2013-cü ildə özünün müəyyənləşdirdiyi 10 matçlıq qalibiyyət rekordunu yeniləyib. Həmin vaxt "Bavariya" belə bir seriyanı Yupp Haynkes və Xosep Qvardiolanın rəhbərliyi ilə yaxalamışdı. 

10 oyunluq qələbə seriyasını həm də İspaniya "Real Madrid"i 2014-2015-ci illərdə Karlo Ançelottinin baş məşqçiliyi dövründə əldə edib.  

Son xəbərlər

Orphus sistemi