"Bavariya" Bundesliqada ardıcıl ikinci məğlubiyyətinə uğrayıb

"Bavariya" Bundesliqada ardıcıl ikinci məğlubiyyətinə uğrayıb Bakı. 7 oktyabr. REPORT.AZ/ Münxenin Bavariya klubu futbol üzrə Almaniya Bundesliqasının 7-ci turunda Münxenqladbax Borussiyasına böyük hesabla məğlub olub.
Futbol
111
7 Oktyabr , 2018 03:16
Bavariya Bundesliqada ardıcıl ikinci məğlubiyyətinə uğrayıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Münxenin "Bavariya" klubu futbol üzrə Almaniya Bundesliqasının 7-ci turunda Münxenqladbax "Borussiya"sına böyük hesabla məğlub olub.

“Report” xəbər verir ki, Münxenin "Alyanz-Arena" stadionunda keçirilən görüş qonaqların 3:0 hesablı üstünlüyü ilə başa çatıb.

Bu məğlubiyyət "Bavariya" üçün Almaniya çempionatında ardıcıl ikinci olub. Niko Kovaçın yetirmələri bundan əvvəl "Herta"ya 0:2 hesabı ilə məğlub olublar.

Hazırda "Borussiya" 14 xalla turnir cədvəlində 2-ci, "Bavariya" isə 13 xalla 5-cidir.

Almaniya Bundesliqası. 7-ci tur

"Bavariya" – "Borussiya M" - 0:3

Qollar: 0:1 – Plea – 10, 0:2 – Ştindl – 16, 0:3 – Herrman – 88

Son xəbərlər

Orphus sistemi