"Bavariya" "Borussiya Dortmund"u 6:0 hesabı ilə darmadağın edib - VİDEO

"Bavariya" "Borussiya Dortmund"u 6:0 hesabı ilə darmadağın edib - VİDEO Robert Levandovski het-trikə imza atıb
Futbol
1 Aprel , 2018 02:14
Bavariya Borussiya Dortmundu 6:0 hesabı ilə darmadağın edib - VİDEO

Bakı. 1 aprel. REPORT.AZ/ "Bavariya" futbol üzrə Almaniya çempionatının 28-ci turunda Dortmund "Borussiya"sını darmadağın edib.

“Report” xəbər verir ki, Münhenin "Alyans Arena" stadionunda keçirilən matç 6:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

İlk beş qol birinci hissədə vurulub, 6-cı qol isə matçın sonlarında qeydə alınıb. Robert Levandovski het-trikə imza atıb. Tomas Müller, Hames Rodriqes və Frank Riberi hərəyə bir dəfə fərqlənib.

"Bavariya" bu qələbə sayəsində xallarının sayını 69-a çatdırıb və turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. "Borussiya" 48 xalla üçüncüdür.

Almaniya Bundesliqası. 28-ci tur

"Bavariya" – "Borussiya D" - 6:0

Qollar: 1:0 – Levandovski – 5, 2:0 – Rodriqes – 14, 3:0 – Müller – 23, 4:0 – Levandovski – 44, 5:0 – Riberi – 45+1, 6:0 – Levandovski – 87.

Son xəbərlər

Orphus sistemi