"Bavariya" baş məşqçisi ilə müqaviləni yenilədi - RƏSMİ

"Bavariya" baş məşqçisi ilə müqaviləni yenilədi - RƏSMİ Almaniyanın Bavariya klubu baş məşqçi Hans Fliklə yeni müqavilə imzalayıb.
Futbol
30 Aprel , 2020 16:45
Bavariya baş məşqçisi ilə müqaviləni yenilədi - RƏSMİ

Almaniyanın "Bavariya" klubu baş məşqçi Hans Fliklə yeni müqavilə imzalayıb.

"Report" Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssisin sözləşməsinin müddəti 2023-cü ilin yayınadək uzadılıb.

Onun Bundesliqa klubu ilə əvvəlki müqaviləsi cari mövsümün sonuna qədər idi.

Qeyd edək ki, Hans Flik "Bavariya"nın baş məşqçisi vəzifəsində xorvatiyalı Niko Kovaçı əvəzləyib.

Son xəbərlər

Orphus sistemi