"Bavariya" baş məşqçisini istefaya göndərib

"Bavariya" baş məşqçisini istefaya göndərib Münhenin Bavariya futbol klubu baş məşqçi Niko Kovaçı istefaya göndərib.
Futbol
3 noyabr 2019 20:34
Bavariya baş məşqçisini istefaya göndərib

Münhenin "Bavariya" futbol klubu baş məşqçi Niko Kovaçı istefaya göndərib.

Bu barədə "Report" klubun rəsmi saytına istinadən xəbər verir.

Saytda yerləşdirilmiş bəyanatda qeyd edilir ki, müqavilə ikitərəfli razılıq əsasında pozulub. Klub iş üçün mütəxəssisə təşəkkür edib və ona sonrakı karyerasında müvəffəqiyyətlər arzulayıb.

Qeyd edilir ki, komandanı ən yaxın matçlarda Kovaçın köməkçisi Hans Flik hazırlayacaq.

"Bavariya" 18 xalla Bundesliqanın yarış cədvəlində dördüncü yeri tutur.

Komanda Kovaçın rəhbərliyi altında Almaniya çempionu olub. Klub eləcə də onun rəhbərliyi ilə milli Kuboka, Superkuboka yiyələnib.

Son xəbərlər

Orphus sistemi