"Bavariya" azarkeşləri Superkubok matçının biletlərini geri qaytardı

"Bavariya" azarkeşləri Superkubok matçının biletlərini geri qaytardı Almaniyanın "Bavariya" klubunun təqribən 800 azarkeşi İspaniya "Sevilya"sı ilə Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək UEFA Super Kubokunun oyununa getməkdən imtina edib.
Futbol
22 Sentyabr , 2020 18:52
Bavariya azarkeşləri Superkubok matçının biletlərini geri qaytardı

Almaniyanın "Bavariya" klubunun təqribən 800 azarkeşi İspaniya "Sevilya"sı ilə Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək UEFA Super Kubokunun oyununa getməkdən imtina edib.

"Report" AFP-yə istinadən xəbər verir ki, onlar artıq aldıqları biletləri geri qaytarıblar.

Fanatların bu cür addımına Bavariya əyalətinin baş naziri Markus Zöderin Macarıstanda koronavirusa yoluxma sayının artması ilə bağlı xəbərdarlığı səbəb olub. O, azarkeşləri sözügedən ölkəyə səyahət etmək fikrindən daşınmağa çağırıb.

Almaniyalı azarkeşlər daha əvvəl 2 100 bilet sifariş etsələr də, Budapeştə 1 300 tərəfdarın yollanacağı gözlənilir. "Sevilya"nı isə görüşün keçiriləcəyi "Ferents Puşkaş"  stadionunda 500 fanat dəstəkləyəcək.

Qeyd edək ki, Superkubok oyunu sentyabrın 24-də olacaq.

Son xəbərlər

Orphus sistemi