"Bavariya" "Atletiko"nun rekordunu təkrarladı

"Bavariya" "Atletiko"nun rekordunu təkrarladı Almaniyanın "Bavariya" klubu avrokuboklarda İspaniya "Atletiko"sunun (Madrid) rekordunu təkrarlayıb.
Futbol
678
26 Noyabr , 2020 13:00
Bavariya Atletikonun rekordunu təkrarladı

Almaniyanın "Bavariya" klubu avrokuboklarda İspaniya "Atletiko"sunun rekordunu təkrarlayıb.

"Report"un məlumatına görə, Münhen təmsilçisi buna Çempionlar Liqasının qrup mərhələsinin IV turunda evdə Avstriya "Zalsburq"unu 3:1 hesabı ilə məğlub etdiyi görüşdən sonra nail olub.

Bu, komandanın avrokuboklarda ardıcıl 16-cı qələbəsidir.

"Atletiko" 2011/2012 mövsümündə Avropa Liqasında və UEFA Super Kubokunda ardıcıl 16 qələbə qazanıb.

Qeyd edək ki, dekabrın 1-də Çempionlar Liqasının A qrupunun V tur matçında "Atletiko" "Bavariya"nı qəbul edəcək. Münhen komandası qələbə qazanacağı təqdirdə, rekord qıracaq.

Son xəbərlər

Orphus sistemi