"Bavariya" ardıcıl altıncı dəfə Almaniya çempionu olub - VİDEO

"Bavariya" ardıcıl altıncı dəfə Almaniya çempionu olub - VİDEO Komanda "Auqsburq" üzərində qələbə qazanıb
Futbol
8 Aprel , 2018 06:33
Bavariya ardıcıl altıncı dəfə Almaniya çempionu olub - VİDEO

Bakı. 8 aprel. REPORT.AZ/ "Bavariya" klubu futbol üzrə Almaniya Bundesliqasının 29-cu turunda "Auqsburq" üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, Auqsburq şəhərinin "WWK-Arena" stadionunda keçirilən görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Münhen klubu bu qələbə sayəsində altıncı dəfə Almaniya çempionluğunu vaxtından əvvəl rəsmiləşdirib. Komanda sona 5 tur qalmış 72 xal yığıb. İkinci yerdə 52 xalla "Şalke" gedir.

Almaniya Bundesliqası. 29-cu tur

"Frayburq" – "Volfsburq" – 0:2

"Keln" – "Maynts" – 1:1

"Borussiya M" – "Herta" – 2:1

"Auqsburq" – "Bavariya" – 1:4

"Hamburq" – "Şalke-04" – 3:2

Son xəbərlər

Orphus sistemi