"Bavariya" Almaniya yığmasını seçən oyunçu ilə müqaviləni yenilədi

"Bavariya" Almaniya yığmasını seçən oyunçu ilə müqaviləni yenilədi Yeni sözləşmə 2026-cı ilədək nəzərdə tutulub
Futbol
5 Mart , 2021 16:09
Bavariya Almaniya yığmasını seçən oyunçu ilə müqaviləni yenilədi
Camal Musiala

Almaniyanın "Bavariya" klubu futbolçusu Camal Musiala ilə müqavilənin müddətini uzadıb.

"Report" Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2026-cı ilədək nəzərdə tutulub.

Qeyd edək ki, Camal Musiala İngiltərə yığmasından imtina edərək Almaniya millisini seçib. Ştutqartda anadan olmuş Musiala daha sonra anası ilə birlikdə İngiltərəyə köçüb və "Çelsi"nin akademiyasına yazılıb. Futbolçu İngiltərənin aşağı yaşlılardan ibarət milli komandalarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi