"Bavariya" Almaniya Kubokunu da qazanaraq "qızıl dubl" edib

"Bavariya" Almaniya Kubokunu da qazanaraq "qızıl dubl" edib Almaniya Kubokunda Bavariya və Leyptsiq komandaları arasında final oyunu keçirilib.
Futbol
26 May , 2019 00:46
Bavariya Almaniya Kubokunu da qazanaraq qızıl dubl edib

Almaniya Kubokunda "Bavariya" və "Leyptsiq" komandaları arasında final oyunu keçirilib.

"Report"un məlumatına görə, Berlindəki "Olimpiaştadion"da təşkil olunmuş qarşılaşma Münhen təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Qolları 29-cu və 85-ci dəqiqələrdə Robert Levandovski, 78-ci dəqiqədə isə Kinqsli Koman vurub.

Bununla da "Bavariya" tarixində 19-cu dəfə ölkə kubokuna sahib olub. Bu klub daha əvvəl ölkə çempionluğu da əldə edib. 2009-cu ildə yaradılmış "Leyptsiq" isə ilk finalında darmadağın olub.

Son xəbərlər

Orphus sistemi