"Bavariya" 3 futbolçusunu "Beşiktaş"la oyun üçün İstanbula aparmayıb

"Bavariya" 3 futbolçusunu "Beşiktaş"la oyun üçün İstanbula aparmayıb Onların arasında ilk oyunda qol vuran futbolçu ilə Aryen Robben də var
Futbol
13 Mart , 2018 14:00
Bavariya 3 futbolçusunu Beşiktaşla oyun üçün İstanbula aparmayıb

Bakı. 13 mart. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubu Türkiyədə "Beşiktaş"la keçirəcəkləri Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə 3 futbolçusunun xidmətindən yararlanmayacaq.

"Report"un məlumatına görə, bunlar Kinqsli Koman, Korentin Tolisso və Aryen Robbendir. Hər 3 oyunçu İstanbula yollanan heyətdən kənarda saxlanılıb. Ümumilikdə heyətdə 19 futbolçu yer alıb.

"Bavariya"nın 5:0 hesablı qələbə qazandığı ilk görüşdə ikinci qolu 53-cü dəqiqədə Koman vurub. O, 81-ci dəqiqədə yerini Frank Riberiyə verib. Robben 44-cü, Tolisso isə 83-cü dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, martın 14-də "Wodafone Park"da keçiriləcək "Beşiktaş" - "Bavariya" matçını ingiltərəli baş hakim Maykl Oliver idarə edəcək. 

Son xəbərlər

Orphus sistemi