"Bavariya" 2019/2020 mövsümündən xeyirlə çıxdı

"Bavariya" 2019/2020 mövsümündən xeyirlə çıxdı Almaniyanın "Bavariya" futbol klubu ötən mövsümü müsbət saldo ilə başa vurmağı bacarıb.
Futbol
462
20 Dekabr , 2020 12:50
Bavariya 2019/2020 mövsümündən xeyirlə çıxdı

Almaniyanın "Bavariya" futbol klubu ötən mövsümü müsbət saldo ilə başa vurmağı bacarıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, bu, koronavirus pandemiyasına üzündən maliyyə itkilərinə rəğmən mümkün olub.

Münhen təmsilçisinin 2019/2020 mövsümündə xalis gəliri 9,8 milyon avro təşkil edib. Klubun İdarə Heyətinin sədri Karl-Haynts Rummenige deyib ki, "Bavariya" martın 8-dən ev oyunlarını azarkeşsiz keçirib. Bununla belə, təkcə komandanın möhtəşəm nailiyyətləri ilə deyil, çoxlu sosial və ictimai təşəbbüs sayəsində böhrandan xeyirlə çıxa biliblər.

Qeyd edək ki, 2019/2020 mövsümündə "Bavariya" Almaniya çempionu, ölkə Kuboku və Super Kuboku, həmçinin Çempionlar Liqası və UEFA Superkubokunın qalibi olub.

Son xəbərlər

Orphus sistemi