"Bavariya" 1/8 finala yüksəldi, "Liverpul" evdə "Atalanta"ya uduzdu

"Bavariya" 1/8 finala yüksəldi, "Liverpul" evdə "Atalanta"ya uduzdu Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub.
Futbol
1546
26 Noyabr , 2020 01:54
Bavariya 1/8 finala yüksəldi, Liverpul evdə Atalantaya uduzdu

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub.

"Report"un məlumatına görə, A, B, C və D qruplarında baş tutan 8 qarşılaşmadan sonra 1/8 finala vəsiqə qazanan daha 2 komanda müəyyənləşib.

İngiltərənin "Mançester Siti" komandasından sonra evdə Avstriya təmsilçisi "Zalsburq"u 3:1 hesabı ilə məğlub edən Almaniya "Bavariya"sı da adını pley-offa yazdırıb.

Gecənin maraqlı oyunlarından biri B qrupunda baş tutub. İtaliya "İnter"i doğma meydanda cari mövsüm turnirdə elə də uğurlu çıxış etməyən İspaniya "Real Madrid"inə 0:2 hesabı ilə uduzub.

D qrupunda isə Çempionlar Liqasının son qalibi İngiltərə "Liverpul"u gözlənilmədən evdə İtaliyanın "Atalanta" komandasına məğlub olub - 0:2.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

IV tur

A qrupu

00:00. "Atletiko" (İspaniya) - "Lokomotiv" Moskva (Rusiya) - 0:0

00:00. "Bavariya" (Almaniya) - "Zalsburq" (Avstriya) - 3:1

Qollar: Robert Levandovski, 42, Maksimilian Vöber, 52 (avtoqol), Leroy Sane, 68 - Merqim Berişa, 73

Qırmızı vərəqə: Mark Roka ("Bavariya"), 66

Xal durumu: "Bavariya" - 12, "Atletiko" - 5, Lokomotiv" (Moskva) - 3, "Zalsburq"- 1

B qrupu

21:55. "Borussiya" Münxenqladbax (Almaniya) - "Şaxtyor" (Ukrayna) - 4:0

Qollar: Lars Ştindl, 17 (penalti), Niko Elvedi, 34, Brel Embolo, 45+1, Oskar Bent, 77

00:00. "İnter" (İtaliya) - "Real Madrid" (İspaniya) - 0:2

Qollar: Eden Azar, 7 (penalti), Rodriqo, 59

Qırmızı vərəqə: Arturo Vidal ("İnter"), 33

Xal durumu: "Borussiya" (Münxenqladbax) - 8, "Real Madrid" - 7, "Şaxtyor" - 4, "İnter" - 2

C qrupu

21:55. "Olimpiakos" (Yunanıstan) - "Mançester Siti" (İngiltərə) - 0:1

Qol: Fil Foden, 36

00:00. "Marsel" (Fransa) - "Porto" (Portuqaliya) - 0:2

Qollar: Zaidu Sanusi, 39, Serjiu Oliveyra, 72

Qırmızı vərəqə: Marko Qruiç ("Porto"), 67, Leonardo Balerdi ("Marsel"), 70

Xal durumu: "Mançester Siti" - 12, "Porto" - 9, "Olimpiakos" - 3, "Marsel" - 0

D qrupu

00:00. "Ayaks" (Niderland) - "Midtüllan" (Danimarka) - 3:1

Qollar: Rayan Qravenberx, 47, Nussair Mazraui, 49, David Neres, 66 - Aver Mabil, 81

Qırmızı vərəqə: Erik Svyatçenko ("Midtüllan"), 90+1

00:00. "Liverpul" (İngiltərə) - "Atalanta" (İtaliya) - 0:2

Qollar: Yosip İliçiç, 60, Robin Qosens, 64

Xal durumu: "Liverpul" - 9, "Ayaks" - 7, Atalanta" - 7, "Midtüllan" - 0.

Qeyd edək ki, ilk oyun günündəki nəticələrdən sonra İspaniyanın "Sevilya", "Barselona", İngiltərənin "Çelsi" və İtaliyanın "Yuventus" klubları 1/8 finala vəsiqə əldə ediblər.

Son xəbərlər

Orphus sistemi